Ana Sayfa > Özəl > Gülər Sultanzadə: “Qarabağ ölkəmizin ən çiçəklənən bölgələrindən birinə çevriləcək”

Gülər Sultanzadə: “Qarabağ ölkəmizin ən çiçəklənən bölgələrindən birinə çevriləcək”


Bu gün, 10:48. Yazar: sevinc1
Gülər Sultanzadə: “Qarabağ ölkəmizin ən çiçəklənən bölgələrindən birinə çevriləcək”

“Ölkə Prezidenti cənab İlham Əliyevin Ballıca kəndində yerli əhali ilə görüşdəki çıxışı dövlət başçımızın müdrik və uzaqgörən siyasətinin, Vətənə və xalqa olan sonsuz sevgisinin bariz nümunəsidir. Möhtərəm Prezidentimizin liderliyi sayəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, işğaldan azad olunmuş torpaqlara yeni həyat gətirir. Bu nitq təkcə bir kəndin deyil, bütövlükdə Qarabağın sürətli bərpası və inkişafı yolunda həyata keçirilən irimiqyaslı işlərin göstəricisidir. Cənab Prezidentin çıxışında vurğulandığı kimi, Qarabağda hər ay yeni bir yaşayış məntəqəsi bərpa olunur və keçmiş köçkünlər doğma yurdlarına qayıdırlar. Dövlət başçısının qətiyyəti, uzaqgörən strategiyası və sarsılmaz iradəsi nəticəsində Qarabağ yenidən dirçəlir, yeni iş yerləri yaradılır, infrastruktur qurulur, elm və təhsil müəssisələri fəaliyyətə başlayır.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.


Müsahibimiz vurğulayıb ki, azad olunmuş ərazilərin sürətlə yenidən qurulması xalqın rifahını yüksəltməyə yönəlmiş möhtəşəm addımlardır: “Cənab Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, Ballıca kəndinin bərpası artıq son mərhələdədir. Təqdim olunan məlumata görə, 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib. Evlər bərpa edilib, kənd təsərrüfatı ilə məşğul olmaq üçün imkanlar yaxşıdır, torpaq münbitdir, hava da təmizdir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün bütün xalq bunu əyani şəkildə görür. Möhtərəm Prezidentimiz xüsusi olaraq qeyd etdi ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur: “İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində”. Cənab Prezident İlham Əliyevin dəfələlə xüsusi qeyd etdiyi kimi bütün bərpa və quruculuq işləri Azərbaycanın daxili resursları hesabına həyata keçirilir. Bu, ölkəmizin gücünün, iqtisadi müstəqilliyinin və liderinin uzaqgörən siyasətinin təzahürüdür. Dövlətimiz heç bir xarici yardıma ehtiyac duymadan, öz imkanları və xalqın birliyi ilə tarixi torpaqlarını bərpa edir, yeni həyat qurur. Dövlət başçımızın müdrik rəhbərliyi ilə Azərbaycan öz suverenliyini tam bərpa edərək, xalqın milli qürurunu yenidən ucaldır. Xocalı şəhərinin bərpasına xüsusi önəm verilməsi, dövlətimizin tarixi ədalətin bərpasına və milli kimliyimizin qorunmasına verdiyi böyük əhəmiyyətin göstəricisidir. Xocalı sakinlərinin doğma torpaqlarına qayıdışı cənab Prezident İlham Əliyevin prinsipial və qətiyyətli siyasətinin təntənəsidir. Bundan əlavə, cənab Prezident çıxışında gənclərin vətənə bağlılığını xüsusi vurğuladı. Gənclərin Qarabağa həvəslə qayıtması, burada quruculuq işlərində fəal iştirak etməsi, ölkə başçısının vətənpərvər ruhda apardığı siyasətin möhtəşəm nəticəsidir. Bu gün keçmiş köçkünlər sevinc və qürur hissi ilə ata-baba torpaqlarına qayıdırlar və bu, xalqın öz liderinə olan sonsuz inamını bir daha sübut edir.”

Sonda partiya fəalı xüsusi olaraq qeyd edib ki, cənab Prezident İlham Əliyevin Ballıca kəndindəki nitqi, dövlət başçısının möhtəşəm liderliyinin daha bir nümayişidir: “Böyük Qayıdış Proqramının ardıcıl icrası, Qarabağın bərpası və yenidən qurulması cənab Prezident İlham Əliyevin güclü iradəsi və uzaqgörən siyasəti sayəsində reallığa çevrilir. Bu siyasətin uğurla davam etməsi, dövlət başçısının rəhbərliyi altında Azərbaycanın daha da güclənəcəyini, Qarabağın isə ölkəmizin ən çiçəklənən bölgələrindən birinə çevriləcəyini sübut edir. Azərbaycan xalqı belə müdrik və cəsarətli liderə sahib olduğu üçün hər zaman qürur hissi keçirir. Cənab Preziden öz çıxışında dedi: “İkinci Qarabağ müharibəsindən dörd il keçibdir, baxın nə qədər böyük işlər görüldü, hər yerdə, təkcə Xocalı rayonunda yox. Halbuki Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz idi. Çünki müharibədən və işğaldan, Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi. İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da dayanandan sonra yenə də bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik. Nəinki Xocalı, Xankəndi də, Ağdərə, Xocavənd və Əsgəran rayonları da işğalçılardan tam azad edildi. Yüzlərlə kənd artıq öz sahiblərini gözləyir”. Dövlətimizin başçısı onu da deyib ki, Ballıca kəndi bərpa olunmuş və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Yəni, bu, Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada 500-ə yaxın insan yaşayır. Həm o vaxt bu bölgədə yaşayan vətəndaşlar, eyni zamanda, onların uşaqları, nəvələri, nəticələri qayıdıblar. Bu, bir daha onu göstərir ki, xalqımız öz torpağına nə qədər bağlıdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, yaxud da ki, gənc insanlar həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir” – deyə, Gülər Sultanzadə müsahibəsini tamamlayıb.
Geri dön