Ana Sayfa > Manşet / Siyasət / Özəl > Birinci Vitse-Prezident Mehriban Əliyeva xalqın rəğbət və sevgisini qazanıb

Birinci Vitse-Prezident Mehriban Əliyeva xalqın rəğbət və sevgisini qazanıb


21-02-2025, 19:40. Yazar: sevinc1
Birinci Vitse-Prezident Mehriban Əliyeva xalqın rəğbət və sevgisini qazanıb

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə yeni təsis olunmuş Birinci vitse-prezident vəzifəsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təyin edilibdir. Öncüllük, birincilik Tanrı yazısı, İlahi qismətin seçilmişlərindən biri olma şansıdır. Bu, həm də hər bir şəxsin gələcək həyat yolunda daxili keyfiyyətlərindən qaynaqlanan yaşam fəlsəfəsidir.

21 fevral 2017-ci il tarixində Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev Mehriban xanım Əliyevanın müasir Azərbaycanın ictimai-mədəni,siyasi həyatında vacib rol oynadığını apardığını, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini olaraq səmərəli və əhəmiyyətli işlər aparmasını, çoxistiqamətli beynəlxalq fəaliyyətini, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həm Azərbaycan, həm də bölgənin ən böyük ictimai təşkilatı olmasını, ölkədəki bir çox qlobal tədbirlərin təşkilində müstəsna xidmətlər göstərdiyini, Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” Ordeni ilə təltif olunmasını qeyd edərək, bu çoxşaxəli fəaliyyəti Mehriban Əliyevanın ali statuslu təyinatında mühüm rol daşımasını qeyd etmişdir.
Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti nəticəsində ötən 8 ildə ölkədə Birinci vitse-prezidentlik təsisatı çevik, formalaşmış funksional yeni bir təsisat olaraq çoxşaxəli fəaliyyət aparır. Bu təsisat ilk Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə çoxşaxəli fəaliyyəti, bacarığı, Ulu Öndər Heydər Əliyev məktəbindən mənimsədiyi çoxillik idarəçilik təcrübəsi vacib rol daşıyır. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban Əliyevanın bu kimi keyfiyyətlərinə nəzər yetirərək vurğulayıb: “Mehriban Əliyev uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.
Bu illərdə Azərbaycan xalqı Birinci vitse-prezidentin çoxistiqamətli fəaliyyətinə müsbət yanaşaraq, güvənc və inam yeri hesab etdikləri, məhəbbətlə etimad bəslədikləri Mehriban xanım Əliyevanın bu məsuliyyətli statusda da ölkə üçün yorulmaz ictimai-humanitar fəaliyyətini təqdir edərək, daim müxtəlif problemlərin həllində ona müraciət edirlər. Birinci vitse-prezident xalqın müxtəlif qruplarının məsələlərinin həllinə, valideyn qayğısından məhrum olan uşaqlara, xüsusi diqqət göstərməyə, çoxəsrlik mədəni irsimizin təbliğinə və s. sahədə çoxsaylı sosial-humanitar-mədəni yeni layihələrin reallaşdırılmasını həyata keçirir.
Birinci vitse-prezident fəaliyyətində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, maraq və mənafelərinə, istək və arzularına, humanistliyə əsaslanır. Bu xoşməramlı humanist fəaliyyət Türkiyə, Pakistan, İtaliya, Rusiya, Küveyt, Özbəkistan, Serbiya və s. ölkələrin ali mükafatları ilə təltif edilmişdir. Prezident İlham Əliyev Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda yüksək qiymətləndərilməsi haqqında bildirib: “Öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir”.

Postmüharibə dövründə Birinci vitse-prezidentlik institutunun Qarabağın işğaldan azad edilən ərazilərində həyata keçirilən dirçəliş, yenidənqurma, bərpaetmə istiqamətli çoxsaylı tədbirlərdə də fəaliyyəti təqdirəlayiqdir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön