Ana Sayfa > Gündəm / Karusel > Tahir Süleymanov: "Azərbaycanda uğurlu gənclər modeli yaradılıb"

Tahir Süleymanov: "Azərbaycanda uğurlu gənclər modeli yaradılıb"


2-02-2017, 13:15. Yazar: admin
Tahir Süleymanov: "Azərbaycanda uğurlu gənclər modeli yaradılıb"






"Azərbaycanda uğurlu gənclər modeli yaradılıb, mükəmməl qanunvericlik bazası formalaşdırılıb".

Aia.Az Trend-ə istinadən xəbər verir ki, bunu 2 fevral - Gənclər Günü münasibətilə keçirilən tədbirdə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov bildirib.

T.Süleymanov deyib ki, bu il Azərbaycanda Gənclər Gününün təsis olunmasının 20 ili tamam olur:

"O zaman keçmiş sovet ölkələrindən yalnız Rusiya və Ukraynada Gənclər Günü var idi. O zaman Gənclər Gününün təsis olunması ilə bağlı rayon təşkilatlarından çoxlu təkliflər aldıq. Təkliflər çox idi, onların arasında böyük qrup 2 fevralın Gənclər Günü elan edilməsini təklif edirdi və ölkə prezidenti tərəfindən 2 fevralın Gənclər Günü elan edilməsi barədə fərman verildi".

T.Süleymanov deyib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra müdrik, düşünülmüş gənclər siyasəti həyata keçirilməyə başlanıldı. 1994-cü ildə isə Gənclər və İdman Nazirliyi yaradılıb.

PA rəsmisi qeyd edib ki, Gənclərin I forumundan sonra gənclərə diqqət birə-beş artdı. O zamandan indiyədək Azərbaycandan uğurlu gənclər siyasəti həyata keçirilir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Gənclər Gününün qeyd olunmağa başlamasından ötən 20 il ərzində Azərbaycanda yeni gənc nəslin yetişdiyini söyləyib: "Ulu öndər Heydər Əliyev tərəfindən bu günün bizə hədiyyə olunması da böyük əhəmiyyət kəsb edir. Dövlətlə gənclər təşkilatları arasında əlaqənin yaranmasını dünyaya məhz Azərbaycan təqdim edib".

İ.Babayev deyib ki, bu gün Azərbaycan gəncləri ümumi dövlətçilik maraqlarına xidmət edir: "Ümid edirəm ki, gənclər təşkilatları və gənclər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bundan sonra da mühüm rol oynayacaqlar".

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, bu gün ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu dövlət siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını artırıb.

F.Hacıyev deyib ki, bu günədək Fond tərəfindən 9 qrant müsabiqəsi üzrə 3341 layihə maliyyələşdirilib.


aia.az
Geri dön