Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > İlham Əliyevdən daha bir sərəncam - İcra Hakimiyyətinə pul ayrıldı
İlham Əliyevdən daha bir sərəncam - İcra Hakimiyyətinə pul ayrıldı18-09-2015, 22:00. Yazar: admin |
Azərbaycan Prezidenti İlham Əliyev "Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Kürdəmirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə Kürdəmir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılmasını qərara alıb. Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. Geri dön |