Ana Sayfa > Dünya / Manşet > Beyons əkizlərə hamilədir

Beyons əkizlərə hamilədir


2-02-2017, 12:58. Yazar: Sevinc
Beyons əkizlərə hamilədir




Amerikalı müğənni Beyons əkizlərə hamilədir.

sənətçi bu barədə İnstaqram hesabında yazıb.

“Biz öz sevinc və xoşbəxtliyimizi sizinlə bölüşmək istəyirik. Allah bizi iki dəfə mükafatlandırdı. Ailəmizə daha iki nəfərin qatılacağı üçün çox məmnunuq və xoş diləkləriniz üçün sizə minnətdarıq”, - deyə Beyons bildirib.

Qeyd edək ki, məşhur repçi Cey-Zi ilə ailəli olan müğənninin 5 yaşlı qızı var.

Cütlük 2002-ci ildə tanış olub, 2008-ci ildə ailə qurub.
Geri dön