Ana Sayfa > Təhsil / Karusel > "Universitet", "akademiya", "institut" adlarına yenidən baxmalıyıq -
"Universitet", "akademiya", "institut" adlarına yenidən baxmalıyıq -20-02-2025, 13:08. Yazar: sevinc1 |
![]() "Biz qurumlara "universitet", "akademiya", "institut" kimi adların verilməsinə yenidən baxmalıyıq". aia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Rəyasət Heyətinin Ümumi yığıncağında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanın bəzi ali təhsil müəssisələri çox spesifik, dar ixtisaslı fəaliyyət göstərir: "Bir qurumun adını "institut"dan dəyişib "universitet" edəndə ölkədə elm inkişaf etmiş olmur. Elmi tədqiqat müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün Ali Attestasiya Komissiyası ilə birlikdə müəyyən addımlar atılıb". aia.az Geri dön |