Ana Sayfa > Dünya > Fidan və Lavrov bu gün danışıqlar aparacaqlar

Fidan və Lavrov bu gün danışıqlar aparacaqlar


20-02-2025, 11:13. Yazar: sevinc1
Fidan  və Lavrov bu gün danışıqlar aparacaqlar

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Yohannesburqda rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli danışıqlar apara bilər.

aia.az xəbər verir ki, bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, görüş bu gün Yohannesburqda başlayacaq G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutacaq.

“Nazirin bu günə rusiyalı və çinli həmkarları Sergey Lavrov və Van İ ilə də ikitərəfli görüşləri planlaşdırılır”, - mənbə bildirib.

aia.az
Geri dön