Ana Sayfa > İdman > Premyer Liqanın 2025/2026 mövsümünün formatı açıqlanıb

Premyer Liqanın 2025/2026 mövsümünün formatı açıqlanıb


19-02-2025, 17:21. Yazar: sevinc1
Premyer Liqanın 2025/2026 mövsümünün formatı açıqlanıb

Misli Premyer Liqasının 2025/2026 mövsümünün formatı açıqlanıb.

aia.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb.

Qərara əsasən, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olacaq.

III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək.

Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.

aia.az
Geri dön