Ana Sayfa > Özəl > Avropa İttifaqı Rusiya və ABŞ arasında aparılan danışıqlar fonunda fövqəladə sammiti müzakirə edir
Avropa İttifaqı Rusiya və ABŞ arasında aparılan danışıqlar fonunda fövqəladə sammiti müzakirə edir19-02-2025, 12:50. Yazar: sevinc1 |
![]() Bu günə qədər Avropanın cavab tədbirlərinin əlaqələndirilməsi Avropa Şurasının tam iclaslarında deyil, əsasən kiçik qruplarda həyata keçirilib. Politico-nun məlumatına görə, Avropa Şurasının sədri Antonio Kosta gələcək addımlar barədə ölkə liderləri ilə ikitərəfli danışıqlar aparır.Fevralın 17-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Parisdə səkkiz Avropa ölkəsi Ukrayna ilə bağlı qeyri-rəsmi görüş keçirib. İclasda Avropa Şurası və Avropa Komissiyasının sədrləri, həmçinin NATO-nun baş katibi iştirak edib.Fransa paytaxtında danışıqlar təxminən üç saat davam edib və birgə bəyanat olmadan başa çatıb. Gözlənildiyi kimi, çərşənbə günü, fevralın 19-da Fransa Aİ ölkələrinin, eləcə də tərəfdaşların iştirakı ilə yeni görüş təşkil etmək niyyətindədir. Hələ ki, rəsmi təsdiqini tapmayıb. aia.az Tərcümə şöbəsi Geri dön |