Ana Sayfa > Siyasət / Manşet > Azərbaycanda dövlət rüsumlarına dəyişiklik edildi - Cədvəl
Azərbaycanda dövlət rüsumlarına dəyişiklik edildi - Cədvəl2-02-2017, 12:26. Yazar: Sevinc |
Milli Məclis “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edib. "AİA.AZ" “Qafqazinfo” - ya istinadən xəbər verir ki, bir sıra sahələr üzrə rüsumların yeni məbləği müəyyənləşib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib. Yeni rüsumların cədvəlini təqdim edirik: Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği 1 2 22.0. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziyaların verilməsinə görə: 22.0.1. Toksiki istehsalat tullantılarının: 22.0.1.1. utilizasiyası 550 manat 22.0.1.2. zərərsizləşdirilməsi 550 manat 22.0.2. Özəl tibb fəaliyyəti 2250 manat 22.0.3. Əczaçılıq fəaliyyəti: 22.0.3.1. dərman vasitələrinin istehsalı 2250 manat 22.0.3.2. dərman vasitələrinin topdansatışı 20000 manat 22.0.3.3. dərman vasitələrinin pərakəndə satışı 1000 manat 22.0.4. Prekursorların: 22.0.4.1. istehsalı 250 manat 22.0.4.2. idxalı 250 manat 22.0.4.3. ixracı 250 manat 22.0.4.4. tranzit nəql edilməsi 250 manat 22.0.5. Təhsil fəaliyyəti: 22.0.5.1. məktəbəqədər təhsil müəssisələri 1250 manat 22.0.5.2. ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) 10000 manat 22.0.5.3. ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) 2000 manat 22.0.5.4. orta ixtisas təhsili müəssisələri 2000 manat 22.0.5.5. ali təhsil müəssisələri 13750 manat 22.0.5.6. əlavə təhsil müəssisələri 1500 manat 22.0.5.7. dini orta ixtisas təhsili müəssisələri 2000 manat 22.0.5.8. ali dini təhsil müəssisələri 13750 manat 22.0.6. Rabitə xidmətləri: 22.0.6.1. telefon (məftilli) 2500 manat 22.0.6.2. radiotrank və simsiz telefon 2500 manat 22.0.6.3. sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) 1000000 manat 22.0.6.4. İP-telefoniya (internet telefoniya) 50000 manat 22.0.6.5. ölkədaxili telekommunikasiya kanallarının təşkili 2500 manat 22.0.6.6. beynəlxalq telekommunikasiya kanallarının təşkili 5500 manat 22.0.6.7. məlumatların ötürülməsi (data) 3000 manat 22.0.6.8. sürətli poçt xidməti 1250 manat 22.0.7. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının saxlanması 550 manat 22.0.8. Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması 250 manat 22.0.9. Maye və təbii qaz təsərrüfatı obyektlərinin: 22.0.9.1. quraşdırılması 1100 manat 22.0.9.2. istismarı 1100 manat 22.0.10. Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması 1100 manat 22.0.11. Liftlərin quraşdırılması və təmiri fəaliyyəti 250 manat 22.0.12. Attraksionların istismarı 1250 manat 22.0.13. Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri 1250 manat 22.0.14. Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi 1250 manat 22.0.15. Yanğından mühafizə fəaliyyəti: 22.0.15.1. müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması 1800 manat 22.0.15.2. yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirilməsi 1800 manat 22.0.15.3. yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri 1800 manat 22.0.15.4. yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası 1800 manat 22.0.16. Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri 550 manat 22.0.17. Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri 550 manat 22.0.18. Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi 550 manat 22.0.19. Özəl baytarlıq təbabəti fəaliyyəti 220 manat 22.0.20. Baytarlıq preparatlarının: 22.0.20.1. istehsalı 1500 manat 22.0.20.2. satışı 220 manat 22.0.21. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin: 22.0.21.1. istehsalı 1000 manat 22.0.21.2. idxalı 500 manat 22.0.22. Fərdi ovçuluq təsərrüfatlarının təşkili 550 manat 22.0.23. İstehsal üçün yabanı dərman bitkiləri xammalının tədarükü 250 manat 22.0.24. Müxtəlif növ möhürlərin və ştampların hazırlanması 1100 manat 22.0.25. Fond birjası fəaliyyəti 5500 manat 22.0.26. İnvestisiya şirkəti fəaliyyəti 2750 manat 22.0.27. Klirinq təşkilatı fəaliyyəti 2750 manat 22.0.28. İnvestisiya fondunun depozitarı fəaliyyəti 2750 manat 22.0.29. Səhmdar investisiya fondu fəaliyyəti 5500 manat 22.0.30. İnvestisiya fondlarının idarə edilməsi fəaliyyəti 2750 manat 22.0.31. Kredit təşkilatlarının fəaliyyəti: 22.0.31.1. bank, xarici bankın yerli filialı 11000 manat 22.0.31.2. bank olmayan kredit təşkilatı 550 manat 22.0.31.3. poçt rabitəsinin milli operatoru 500 manat 22.0.32. Sığorta sahəsində fəaliyyət: 22.0.32.1. sığorta fəaliyyəti 11000 manat 22.0.32.2. təkrarsığorta fəaliyyəti 11000 manat 22.0.33. Sığorta brokeri fəaliyyəti: 22.0.33.1. hüquqi şəxs olan sığorta brokerləri 11000 manat 22.0.33.2. fiziki şəxs olan sığorta brokerləri 500 manat 22.0.34. Sığorta agenti fəaliyyəti: 22.0.34.1. hüquqi şəxs olan sığorta agentləri 500 manat 22.0.34.2. fiziki şəxs olan sığorta agentləri 220 manat 22.0.35. Özəl mühafizə fəaliyyəti 1500 manat 22.0.36. İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət 1100 manat 22.0.37. Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi 1100 manat 22.0.38. Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi 1100 manat 22.0.39. Teleradio yayımı fəaliyyəti: 22.0.39.1. ümumrespublika televiziya yayımı 50000 manat 22.0.39.2. Bakı şəhəri üzrə televiziya yayımı 2250 manat 22.0.39.3 regional televiziya yayımı 1500 manat 22.0.39.4. ümumrespublika radio yayımı 2500 manat 22.0.39.5. Bakı şəhəri üzrə radio yayımı 1250 manat 22.0.39.6. regional radio yayımı 500 manat 22.0.39.7. əlavə informasiya yayımı 500 manat 22.0.39.8. abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı 1500 manat 22.0.39.9. abonentlərinin sayı 5000-dən çox olan kabel şəbəkəsi yayımı 2500 manat 22.0.39.10. peyk yayımı 500 manat 22.0.39.11. xarici teleradio kanallarının peyk vasitəsilə yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət 500 manat Geri dön |