Ana Sayfa > Manşet / Gündəm > AZAL təyyarəsinin qəza təhqiqatı bu vaxta qədər açıqlanacaq
AZAL təyyarəsinin qəza təhqiqatı bu vaxta qədər açıqlanacaq19-02-2025, 10:09. Yazar: sevinc1 |
![]() AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının araşdırılmasına dair yekun hesabat 2025-ci ilin sonuna qədər təqdim ediləcək. aia.az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Astanada keçirilən mətbuat konfransında respublikanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib. "ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tələblərinə, standartlarına və tövsiyə olunan təcrübəsinə əsasən, araşdırma bir il çəkir. Müvafiq olaraq, cari ilin dekabrına qədər araşdırma üzrə yekun hesabat tamamlanmalıdır", - o bildirib. aia.az Geri dön |