Ana Sayfa > İqtisadiyyat / Manşet > Fazil Məmmədov sədr oldu - Prezident sərəncam verdi
Fazil Məmmədov sədr oldu - Prezident sərəncam verdi2-02-2017, 12:11. Yazar: Sevinc |
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. "AİA.AZ" AZERTAC - a istinadən xəbər verir ki, sərəncamda bildirilir: “1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin: Kollegiyanın sədri: Azərbaycan Respublikasının vergilər naziri Kollegiyanın üzvləri: Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini Azərbaycan Respublikası vergilər nazirinin müavinləri Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinin baş direktoru Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin baş direktoru Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin baş direktoru.”. Geri dön |