Ana Sayfa > Özəl > "Avito": Rusiyada iPhone-ların qiymətləri kəskin şəkildə aşağı düşüb
"Avito": Rusiyada iPhone-ların qiymətləri kəskin şəkildə aşağı düşüb19-02-2025, 09:03. Yazar: sevinc1 |
![]() Avito məlumatlarının təhlilinə əsasən Rusiyada son 4-5 ay ərzində iPhone-un orta qiyməti 13% ucuzlaşıb.TASS xəbər verir ki, söhbət iPhone 16 xəttindən başqa bütün modellərdən gedir. Qeyd olunur ki, bu gün 16 min rubla almaq mümkün olan 2018-ci il iPhone XR ən çox (31 faiz) ucuzlaşıb. Həmçinin son altı ayda Avito-da populyar modellər arasında iPhone 11, iPhone 13 və iPhone 12 liderlik edir. Ötən ilin noyabrında Rusiyada iPhone 16 Pro 40% ucuzlaşıb. Həmçinin məlum olub ki, Apple 2025-ci ildə iPhone 17 Air-i SİM kart qabı olmadan buraxacaq. aia.az Tərcümə şöbəsi Geri dön |