Ana Sayfa > Gündəm / Manşet > Tramp qalmaqallı fərmanından danışdı - İlk dəfə

Tramp qalmaqallı fərmanından danışdı - İlk dəfə


2-02-2017, 12:10. Yazar: Sevinc
Tramp qalmaqallı fərmanından danışdı - İlk dəfə

ABŞ prezidenti Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair imzaladığı fərmanı ilk dəfə şərh edib.

O, Tvitter hesabında immiqrasiya fərmanı ilə müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a girişinə tam qadağa qoymaq istəmədiyini bildirib.

“Hər kəs bunun qadağa olub-olmadığı ilə bağlı mübahisələr edir. Bunu necə istəyirsinizsə, adlandırın. Lakin fərmanın əsas məqsədi ölkəyə pis niyyətli insanları buraxmamaqdır”, - deyə Tramp yazıb.
Geri dön