Ana Sayfa > Özəl > Estoniya ABŞ qoşunlarının Baltikyanı ölkələrdən çıxarılması ilə bağlı xəbərləri şayiələr adlandırıb
Estoniya ABŞ qoşunlarının Baltikyanı ölkələrdən çıxarılması ilə bağlı xəbərləri şayiələr adlandırıb18-02-2025, 19:14. Yazar: sevinc1 |
![]() Estoniyanın müdafiə naziri Hanno Pevkur ABŞ-ın Baltikyanı ölkələrdən Amerika qoşunlarını çıxarmaq planları ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib. İnterfaks yazır ki, o, Estoniyanın Postimees qəzetinə müsahibəsində bu məlumatın həqiqətə uyğun olmadığını açıqlayıb."Şaiyələrə inanmamalısınız" dedi Hanno Pevkur. O vurğulayıb ki, heç bir Amerika siyasi və ya hərbi kanalı ABŞ qoşunlarının Baltikyanı ölkələrdən çıxarılması ilə bağlı xəbər yaymayıb. O əlavə edib ki, ABŞ müdafiə naziri Pit Heqsetlə görüşündə də bu məsələ qaldırılmayıb. Estoniya Müdafiə Nazirliyinin rəhbəri hesab edir ki, ABŞ-ın Baltikyanı ölkələrdən qoşunlarını çıxarmaq üçün nə hərbi, nə də maliyyə əsasları var. Britaniyanın “Financial Times” nəşri mənbələrə istinadən ABŞ-ın Baltikyanı ölkələrdən qoşunlarını çıxara biləcəyini yazıb. Nəşr qeyd edir ki, gələcəkdə Amerika qoşunları daha da qərbə yerləşdirilə bilər, nəticədə “Avropa İttifaqı Rusiya ordusu qarşısında həssas ola bilər”. aia.az Tərcümə şöbəsi Geri dön |