Ana Sayfa > Özəl > Media: Trampın xüsusi nümayəndəsi axşam saatlarında Ukraynaya gedəcək
Media: Trampın xüsusi nümayəndəsi axşam saatlarında Ukraynaya gedəcək18-02-2025, 19:06. Yazar: sevinc1 |
![]() ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq axşam saatlarında Ukraynaya gedəcək. Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb. Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Kelloqun fevralın 20-də Kiyevə gələcəyini bildirmişdi. Onun sözlərinə görə, səfər çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski, briqada komandirləri və Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşü nəzərdə tutulub. Bundan əvvəl Kelloq Münhen Təhlükəsizlik Konfransında iştirak edib. O, bəyan edib ki, heç kim Kiyevə Moskva ilə sülh sazişi tətbiq etməyəcək. aia.az Tərcümə şöbəsi Geri dön |