Ana Sayfa > Özəl > Ukraynada Kiyevin mərkəzində kameralardan onlayn yayım dayandırılıb

Ukraynada Kiyevin mərkəzində kameralardan onlayn yayım dayandırılıb


18-02-2025, 18:25. Yazar: sevinc1
Ukraynada Kiyevin mərkəzində kameralardan onlayn yayım dayandırılıb
Ukraynanın hüquq-mühafizə orqanları Kiyevin mərkəzindəki Müstəqillik meydanında quraşdırılmış kameralardan beynəlxalq “Reuters” agentliyinin onlayn yayımını dayandırıb. Bu barədə Kiyev Mülki Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko Telegram-da məlumat verib.
“Müstəqillik meydanından xəbər agentliklərindən birinin axını ilə bağlı. (...) Dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etdim. Onların təqdim etdikləri arqumentlər nəzərə alındı, axın dayandırıldı”, Tkaçenko yazıb.
Yayım YouTube video hostinqində aparılıb.

Fevralın 18-də Reuters yerli hakimiyyət orqanlarının qadağasına baxmayaraq, son üç ildə ilk dəfə olaraq Kiyevin mərkəzindən onlayn yayıma başlayıb. Agentlik bu qərarı şərh etməyib.

aia.az
Tərcümə şöbəsi
Geri dön