Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı18-02-2025, 10:45. Yazar: sevinc1 |
![]() Fevralın 17-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 166, o cümlədən borclu şəxs qismində axtarışda olan 142 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 26 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb. aia.az Geri dön |