Ana Sayfa > İdman > Çempionlar Liqası:
Çempionlar Liqası:18-02-2025, 09:46. Yazar: sevinc1 |
![]() Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları start götürəcək. aia.az xəbər verir ki, 1-ci oyun günündə 4 matç keçiriləcək. Bununla da pley-offdan 1/8 finala adlayan ilk 4 komanda müəyyənləşəcək. Ötən həftə səfərdə "Feyenoord"a uduzan "Milan" Niderland klubu ilə bu dəfə evdə qarşılaşacaq. "Bavariya" ilk matçda məğlub etdiyi "Seltik"lə doğma meydanda üz-üzə gələcək. Qeyd edək ki, pley-offun digər 4 oyunu sabah keçiriləcək. Mərhələnin qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq. Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları 18 fevral 21:45. "Milan" (İtaliya) – "Feyenoord" (Niderland) (İlk oyun - 0:1) 00:00. "Benfika" (Portuqaliya) – "Monako" (Fransa) (İlk oyun - 1:0) 00:00. "Atalanta" (İtaliya) – "Brügge" (Belçika) (İlk oyun - 1:2) 00:00. "Bavariya" (Almaniya) – "Seltik" (Şotlandiya) (İlk oyun - 2:1) aia.az Geri dön |