Ana Sayfa > İdman > Millimiz İrana qalib gəldi
Millimiz İrana qalib gəldi17-02-2025, 16:35. Yazar: sevinc1 |
![]() Azərbaycan U-17 millisi bu gün UEFA İnkişaf Kubokunda 2-ci tur oyununa çıxıb. aia.az xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan turnirdə İranla qarşılaşıb. Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub. Xatırladaq ki, millimiz ilk matında Rusiya ilə qarşılaşıb və böyük hesabla uduzub - 0:3. Komanda növbəti görüşünü Qazaxıstan millisinə qarşı keçirəcək. Matç fevralın 19-da oynanılacaq. 12:00. İran U-17 - Azərbaycan U-17 - 0:1 Qol: Amin Rzayev, 47 aia.az Geri dön |