Ana Sayfa > Dünya > Tramp cavab rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb
Tramp cavab rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb14-02-2025, 09:08. Yazar: sevinc1 |
![]() ABŞ Prezidenti Donald Tramp Amerika məhsullarına tariflər tətbiq edən beynəlxalq ticarət tərəfdaşlarına oxşar cavab rüsumları ilə cavab verib. aia.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. O əlavə edib ki, yeni tariflər polad və alüminium üçün əvvəllər tətbiq edilən rüsumları tamamlayacaq. "Əgər məhsullarınızı ABŞ-də istehsal etsəniz, heç bir rüsum olmayacaq", - Tramp vurğulayıb. Onun fikrincə, rüsumlar illər əvvəl tətbiq edilməli idi. Fevralın 9-da Amerika lideri jurnalistlərə bildirib ki, Vaşinqton bütün ölkələrlə ticarətdə qarşılıqlılıq prinsipinə əməl edəcək. aia.az Geri dön |