Ana Sayfa > Özəl > Zaxarova Aİ-ni Ukraynaya xəyanətdə ittiham edib
Zaxarova Aİ-ni Ukraynaya xəyanətdə ittiham edibDünən, 19:23. Yazar: sevinc1 |
![]() Qərb dövlətləri Ukraynada münaqişəyə səbəb olanda və Minsk razılaşmalarına əməl etməkdən imtina edəndə ona xəyanət etdilər. Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında bildirib. Bundan əvvəl İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın söhbətini şərh edərkən bildirmişdi ki, Ukrayna ilə bağlı mümkün danışıqlarda Avropa ikinci dərəcəli rol oynamamalıdır.Bütün bunların fonunda Zaxarova xatırladıb ki, məhz Aİ ölkələrinin liderləri, o cümlədən Almaniyanın keçmiş kansleri Angela Merkel və Fransanın keçmiş prezidenti Fransua Olland bu yaxınlarda açıq şəkildə etiraf ediblər ki, Minsk razılaşmalarını həyata keçirmək niyyətində deyillər və sadəcə “Kiyevi yenidən silahlandırmaq və ona vaxt vermək” üçün onların üzərində yaxşı niyyətlə işləyirlər. “Problem təkcə onların yalan danışmasında deyil, hamı artıq buna öyrəşib. Problem ondadır ki, onlar Avropanın maraqlarına xəyanət ediblər və bu xəyanət faciənin səbəblərindən biridir”. aia.az Tərcümə şöbəsi Geri dön |