Ana Sayfa > Özəl > Pentaqonun rəhbəri və Almaniyanın müdafiə naziri Ukraynada nizamlanmanı müzakirə ediblər

Pentaqonun rəhbəri və Almaniyanın müdafiə naziri Ukraynada nizamlanmanı müzakirə ediblər


Dünən, 18:44. Yazar: sevinc1
Pentaqonun rəhbəri və Almaniyanın müdafiə naziri Ukraynada nizamlanmanı müzakirə ediblər

Pentaqonun rəhbəri Pete Hegseth və Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynada sülhün əldə edilməsi səylərini və qitədə təhlükəsizlik üzrə Avropa liderliyinin zəruriliyini müzakirə ediblər. RİA Novosti bu barədə Amerika hərbi idarəsinə istinadən xəbər verir.Qeyd olunur ki, Heqset və Pistorius arasında söhbət ikitərəfli görüş çərçivəsində baş tutub.

“Onlar Ukraynada davamlı sülhə nail olmaq üçün diplomatik səylərə dəstək, qitə təhlükəsizliyində Avropa liderliyinə ehtiyac və Almaniya xalqı ilə ABŞ hərbçiləri və onların Almaniyadakı ailələri arasında yaxın dostluğu müzakirə ediblər”, mətndə deyilir.
Hegseth və Pistorius arasında keçirilən görüşün digər mövzusu ABŞ-ın müttəfiqlərinin müdafiə xərclərini artırması məsələsi olub.

aia.az
Tərcümə şöbəsi
Geri dön