Ana Sayfa > Karusel / Gündəm > Prezident bu hərbçiləri təltif etdi

Prezident bu hərbçiləri təltif etdi


Bu gün, 16:03. Yazar: sevinc1
Prezident bu hərbçiləri təltif etdi

Prezident İlham Əliyevin Sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bir qrup hərbi qulluqçusu təltif edilib.

aia.az xəbər verir ki, Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:


“Vətən uğrunda” medalı ilə

Babayev Azər Ələddin oğlu – polkovnik

Qasımov Elnur Əhməd oğlu – polkovnik

“Hərbi xidmətlərə görə” medalı ilə

Qayqiyev Şamil Mahama oğlu – mayor.
Geri dön