Ana Sayfa > Manşet / Özəl / Qərbi Azərbaycan > “Qərbi Azərbaycana Qayıdış konsepsiyası: Qadınların rolu və vəzifələri” mövzusunda onlayn konfrans keçirilmişdir
“Qərbi Azərbaycana Qayıdış konsepsiyası: Qadınların rolu və vəzifələri” mövzusunda onlayn konfrans keçirilmişdirBu gün, 10:26. Yazar: sevinc1 |
![]() Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə ABŞ, Kanada, Niderland, İngiltərə, Almaniya, Türkiyə, Qazaxstan, Özbəkistan daxil olmaqla 20-yə yaxın ölkədə yaşayan və bu ölkələrin ictimai-siyasi həyatında fəal mövqe tutan Qərbi Azərbaycan əsilli qadınların iştirakı ilə (ZOOM) online konfrans keçirilmişdir. Konfrans “Qərbi Azərbaycana Qayıdış konsepsiyası: Qadınların rolu və vəzifələri” mövzusuna həsr edilmişdir. Konfransı İcmanın Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı açaraq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin xeyir duası ilə yaradılmış Qərbi Azərbaycan İcmasının fəaliyyəti, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası haqqında ətraflı məlumat verdi. Məlahət İbrahimqızı 1987-91-ci illərdə Qərbi Azərbaycandan qovulmuş, deportasiya və etnik təmizliyə məruz qalmış 300 min azərbaycanlının pozulmuş hüquqlarının sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində, ləyaqətli şəkildə bərpası üçün bu həqiqətlərin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılmasında qadınların rolunun danılmaz olduğunu vurğuladı. Məlahət İbrahimqızı çıxışında Azərbaycan Respublikasının Prezidentinin söylədiyi “Qarabağ problemi kimi Qərbi Azərbaycana qayıdışın da Azərbaycan xalqının vahid ideologiyasıdır” fikirlərini xatırladaraq, dünyanın fərqli ölkələrində yaşayan Qərbi Azərbaycan əsilli fəal qadınların bütün mötəbər kürsülərdə və platformalarda haqq səsinin daha ucadan səsləndirmələrinin zamanın tələbi olduğunu bildirdi. Məlahət İbrahimqızı mərhələlərlə həyata keçirilən deportasiyalar zamanı Qərbi Azərbaycandan olan qadınların üzləşdiyi məşəqqətlərə xüsusi olaraq toxundu, sonuncu 1987-1991-ci il deportasiyasında soydaşlarımıza öz evlərini tərk etmək üçün cəmi iki saat vaxt verilməsi, qarlı hava şəraitində ata-baba yurdundan çıxarılması zamanı qərbi azərbaycanlı qadınların yaşadıqları müsibətləri vurğuladı. ![]() Online konfransda Qərbi Azərbaycan əsilli millət vəkillərindən Tənzilə Rüstəmxanlı, Səbinə Xasayeva, Günay Ağamalı, eləcə də QAİ Qadınları Şurasının bir qrup üzvləri Könül Həsənova, Həqiqət Hacıyeva, Sona Abbasəliqızı, Rəna Qafarova iştirak etdilər. Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə İşçi Qrupunun sədri, millət vəkili Tənzilə Rüstəmxanlı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının beynəlxalq fəaliyyətinin qurulmasında xaricdə yaşayan Qərbi Azərbaycan əsilli xanımların məlumat bazasının yaradılmasının əhəmiyyətindən danışdı. ![]() Əslən Çəmbərək rayonundan olan və ABŞ-da Tibb təhsili almış, hazırda Kanadada Alberta Health Services infeksion xəstəxanasında həkim işləyən və bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Ruziyə Ramazanova, Niderlandın Amsterdam şəhərində yaşayan, BSO Niderland məktəb sonrası bağça müəssisəsində pedaqoji işçi işləyən, ictimaiyyətçi Bənövşə Əzizova, həmin ölkədə yaşayan ictimaiyyətçi, Pameijer şirkətinin Sosial Psixiatriya şöbəsində Sosioloji psixoloji yönləndirmə mütəxəssisi Gülnarə Əliyeva, İngiltərənin London şəhərində yaşayan, BEAS British Europe Azerbaijan Schoolda Piano müəlliməsi işləyən və ictimaiyyətçi Vüsalə Babayeva, Almaniyanın Bonn şəhərində yaşayan, sahibkar və ictimaiyyətçi Naibə Abdullayeva, Türkiyədən jurnalist , bloqer, ictimaiyyətçi, Durak Türk TV-nin aparıcısı Nigar Ögeday, Memorial Antalya xəstəxanasının həkimi, MHP-nin üzvü Əsmayə Novruzova Özermenoğlu, hüquqşünas vəkil Eda Günday, Dənizlidə müəllimə işləyən, Birleşmiş Milletler Küresel Okullar Programı müdafiəçisi Elif Selçuk, 9 Eylül Universiteti Komputer elmləri bölümünün dosenti Rəsmiyyə Nəsibova, Özel İzmir Amerikan kollecində İB Biologiya müəlliməsi Özlem Ercan, Qazaxıstanın Aktau şəhərində 1 saylı liseydə metodist və direktor müavini, tanınmış pedaqoq və ictimaiyyətçi Rəfiqə Nəsibova, Özbəkistanın Daşkənd şəhərindən Özbəkistan Səhiyyə Nazirliyinin idarə rəisi, Səhiyyə layihələri mərkəzinin Layihə ofisinin baş mütəxəssisi, Harvard məzunu, professor Güzalya Məmmədova, Daşkənd İnformasiya Texnologiyalar Universitetinin müəlliməsi Rübabə Əliyeva və digərləri konfransda çıxış ediblər. Onlar tezliklə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımıza qayıdışın baş tutacağına inandıqlarını bildiriblər. ![]() Geri dön |