Ana Sayfa > Cəmiyyət / Karusel > Erməni silahlıları mövqelərimizi qumbara atəşinə tutdular

Erməni silahlıları mövqelərimizi qumbara atəşinə tutdular


2-02-2017, 10:59. Yazar: admin
Erməni silahlıları mövqelərimizi qumbara atəşinə tutdular







Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.

Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Aia.Az-a verilən məlumata görə, işğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


aia.az
Geri dön