Ana Sayfa > Özəl > Şanlıurfada 33 qız şagird zəhərlənib

Şanlıurfada 33 qız şagird zəhərlənib


Bu gün, 09:00. Yazar: sevinc1
Şanlıurfada 33 qız şagird zəhərlənib

Şanlıurfada Quran kursunda qalan 33 qız şagird axşam yeməyində toyuq yedikdən sonra xəstələnib. Tələbələr xəstəxanaya aparılarkən səhhətlərinin yaxşı olduğu öyrənilib.Hadisə saat 23:00 radələrində Esentepe səmtindəki Qazi Vahide Şefkatlioğlu Qızlar üçün Quran Kursunda baş verib. Axşam yeməyində toyuq yeyən tələbələr bir müddət sonra başgicəllənmə və ürək bulanması hiss etməyə başlayıblar.Daha sonra tələbələr kurs rəhbərlərinə məlumat veriblər. İnzibatçıların xəbəri ilə hadisə yerinə çoxlu təcili yardım maşınları göndərilib. İlkin tibbi yardım alan tələbələr təcili tibbi yardım maşını ilə şəhərin müxtəlif xəstəxanalarına aparılıb. Müalicə olunan tələbələrin vəziyyətinin yaxşı olduğu öyrənilib.

Hadisədən sonra yataqxananın bufetində olan yeməklərdən nümunələr götürülərək analiz üçün laboratoriyaya göndərilib. Hadisə ilə bağlı istintaq davam edir.

aia.az
Tərcümə şöbəsi

Geri dön