Ana Sayfa > Siyasət > İlham Əliyevin liderliyi ölkəyə hərtərəfli faydanın təminatıdır
İlham Əliyevin liderliyi ölkəyə hərtərəfli faydanın təminatıdırDünən, 19:07. Yazar: sevinc1 |
![]() 130-dan çox ölkədən 350 hökumət nümayəndəsinin, 60 dövlət və hökumət başçısının, həmçinin nüfuzlu biznes strukturlarının, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının, media, elm və incəsənət nümayəndələrinin qatıldıqları DİF-də diqqətlər cənab İlham Əliyevdə idi. Dövlətimizin başçısı ilə görüş keçirmək, təmas qurmaq üçün təşəbbüs göstərənlərin sayının çoxluğu belə deməyə əsas verir. Bunun səbəbləri barədə söz açarkən, ilk növbədə, dövlətimizin başçısının şəxsində ölkəmizə etibar amilini vurğulamalıyıq. Nəzərə alaq ki, Prezident İlham Əliyev dünyada sözü ilə əməli eynilik təşkil edən rəhbər kimi tanınır və bu cəhət onun siyasi liderlik keyfiyyətlərini daha aydın göstərir. Dünya belə bir liderliyə hazırda daha çox ehtiyac duymaqdadır. Qlobal iqtisadiyyatda yeni artım mənbələrinə ehtiyac, biznes strategiyalarının geoiqtisadi və texnoloji dəyişikliklərə uyğunlaşdırılması zərurəti, beynəlxalq münasibətlər sistemindəki çətinliklər, çətinliklərdəki kataklizm təmayülü, silahlı münaqişələr, qlobal istiləşmə, ümumən iqlim dəyişmələri və nəhayət enerji böhranın formalaşdırdığı durum dünyaya, necə deyərlər, fərqli pəncərədən baxışı qaçılmaza çevirib. Deməli, müasir dövrə, daha doğrusu, dövrün formalaşdırdığı ab-havaya adekvat lider obrazı ilə cavab verilməlidir. Yəni, bu obraz yeni çağırışların ruhunu son dərəcə müfəssəl bilməli, ən başlıcası isə biliyinə strateji mahiyyət qazandırmalı, onu fundamentallaşdırmalıdır. DİF çərçivəsində İlham Əliyev liderliyinə maraq dövlətimizin başçısının məhz bu keyfiyyətlərin daşıyıcısı olması ilə əlaqədardır. Onu da nəzərə alaq ki, ölkəmizin liderinin görüşlərinin say çoxluğu və əhatəliliyi Davos İqtisadi Forumunu ölkəmiz üçün müstəsna platformaya çevirib. Bu dəfəki forumda cənab Prezidentin Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə müsahibəsi də yaddaqalan oldu və Azərbaycanın iqtisadi potensialının dünyaya tanıdılmasında böyük addım kimi tarixə düşdü. Dövlətimizin başçısı müsahibəsində deyib ki, “Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”. Dünya İqtisadi Forumunun ilk günündən tədbirdə olan ölkə başçısının qarşıdakı bir neçə həftə və aylarla bağlı ciddi qeyri-müəyyənliyin və narahatlığın oldğu, Vaşinqtonda administrasiya dəyişikliyi ilə əlaqədar insanlar onun yürüdəcəyi siyasətin necə ola biləcəyi barədə səsləndirdiyi fikirlər də maraqlı idi. Suala cavab olaraq ölkə başçısı deyib: “Mənim müşahidələrimə görə, əsas qeyri-müəyyənlik Avropa liderləri arasındadır. Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur. Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq. Lakin Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və deyərdim, ciddi narahatlıq var. Səbəbi isə çox sadədir. Biz hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Hamımız onların əksəriyyətinin budəfəki prezident seçkilərində kimi dəstəklədiyini bilirik. Əgər biz bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq mən deyərdim, ilk diskvalifikasiya var. Bu, Kanadanın Baş naziridir. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o, istefa versin. Bu, yalnız müəyyən siyasi proseslər səbəbindən baş vermədi. Bu, ona görə baş verdi ki, bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb. Bu, mənim fikrimdir. Ola bilsin mən yanılıram. Lakin mən ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmürəm. Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik”. Çin və Amerika liderlərinin dünyanın təhlükəsizliyi və inkişafı naminə necə əməkdaşlıq edə biləcəkləri barədə suala gəlincə cənab Prezident bildirib ki, “ Bəli, bu, dünya üçün çox yaxşı bir xəbər idi ki, Çin və ABŞ rəhbərləri yenidən təmasdadırlar. Sədr Sini daha yaxşı tanıyıram, çünki onunla dəfələrlə görüşmüşəm. Prezident Trampla rəsmi görüşüm olmayıb, sadəcə, bir-birimizin əlini sıxmışıq. Bununla belə, bu, dünya, dünya iqtisadiyyatı, sabitlik üçün yaxşı bir işarə, siqnaldır. Çünki Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir. Əlbəttə ki, müxtəlif məsələlərdə onların arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq. Ona görə də biz həmin telefon danışığı barədə xəbər aldıqda bundan məmnun olduq. Ümidvarıq ki, bu sıx tərəfdaşlıq prosesi davam edəcək”. Yeri gəlmişkən; Prezident İlham Əliyev dünyanı düşündürən məsələlərin həllinə Azərbaycan nəfəsi gətirməyi bacaran liderdir. Bu nəfəsdə ölkəmizin milli maraqlarının qorunması ön plandadır və dünya çox yaxşı dərk edir ki, müstəqil siyasət xəttimizdə milli mənafe amili ön plandadır. Dövlətimizin başçısının maraq və mənafelərimizin müdafiəsi əzmi Azərbaycanı beynəlxalq aləmə bərabərhüquqlu tərəf qismində təqdim edir. Elə bir tərəf ki, qarşılıqlı əməkdaşlıqdan həm fayda götürür, həm də əməkdaşlığı müştərək fayda ilə zənginləşdirir. İlham Əliyev liderliyi faydanın təminat faktorudur, onun sözü konkret qarantiyadır. Bütün bunlar sözügedən müsahibədə bir daha təsdiqini tapıb. David İbramxəlilov, YAP Qusar rayon təşkilatının sədri. Geri dön |