Ana Sayfa > Gündəm > Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edildi

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edildi


Bu gün, 16:37. Yazar: sevinc1
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edildi

Quliyev Orxan Madar oğlu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin edilib.

Nazirlikdən aia.az-a bildirilib ki, o, Berlin Texniki Universitetində Sənaye mühəndisliyi - proseslərin və istehsalatın avtomatlaşdırılması üzrə bakalavr və magistr təhsili alıb.

Orxan Quliyev bu təyinata qədər “SOCAR Caspian İnnovation Center” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, O.Quliyev Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.

aia.az
Geri dön