Ana Sayfa > Özəl > Avropada Stalinin vətəninin stalinləşdirilməsindən danışırdılar

Avropada Stalinin vətəninin stalinləşdirilməsindən danışırdılar


Bu gün, 14:43. Yazar: sevinc1
Avropada Stalinin vətəninin stalinləşdirilməsindən danışırdılar

İosif Stalinin doğulduğu Gürcüstanda hazırda Stalinləşmə prosesi gedir. Bu sözləri Gürcüstanın “İnterpressNews” nəşrinə müsahibəsində Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsberqis deyib.O, mitinqlərin keçirilməsi ilə bağlı qanunların sərtləşdirilməsini belə şərh edib.

“Düşünürəm ki, bu il biz ölkənin Stalinləşməsinin şahidi oluruq. İnsanlar vətəndaş hüquqlarından məhrum edilirlər”, - Litvanın keçmiş rəsmisi bildirib.
O, həmçinin “Gürcü arzusu” partiyasına daxil olan Gürcüstanın hazırkı rəhbərliyinə qarşı sanksiyaların tətbiqinə çağırıb.
İosif Stalin doğulanda Cuqaşivili soyadına sahib olub və Gürcüstanın Qori şəhərində anadan olub. O, etnik gürcü idi.


Bundan əvvəl Gürcüstanda hakimiyyət mitinqlərin keçirilməsi qaydalarını sərtləşdirib. Artıq etirazçılara avtomobil yollarını, dəmir yollarını, tunelləri və yerüstü keçidləri bağlamaq qadağandır. Qanun layihəsinə əsasən, hüquq-mühafizə orqanları aksiya ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməlidir.

aia.az
Tərcümə şöbəsi
Geri dön