Ana Sayfa > Gündəm > Dövlət qurumunun külli miqdarda borcu var -
Dövlət qurumunun külli miqdarda borcu var -Bu gün, 11:25. Yazar: sevinc1 |
![]() Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin dövlətə milyondan çox vergi borcu var. Qaynarinfo-nun məlumatına görə, 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1033365.91 AZN vergi borcu yaranıb. Qeyd edək ki, 2018-ci ildən 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Alaverdizadə Cavanşir Baxış oğludur. Əldə etdiyimiz məlumata görə, sözügedən borca görə C.Alaverdizadə barəsinnin ölkədən çıxışına məhdudiyyət qoyulub. aia.az Geri dön |