Ana Sayfa > Manşet / Gündəm > Arvadını namaz qılarkən qətlə yetirib Gürcüstana qaçan şəxs saxlanıldı

Arvadını namaz qılarkən qətlə yetirib Gürcüstana qaçan şəxs saxlanıldı


Bu gün, 10:04. Yazar: sevinc1
Arvadını namaz qılarkən qətlə yetirib Gürcüstana qaçan şəxs saxlanıldı

Fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstan Respublikasında saxlanılıb.

Onun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.

Bildirilir ki, L.Məmmədova namaz qılarkən ölürülübmüş.

aia.az
Geri dön