Ana Sayfa > Özəl > Bir həftə əvvəl öldü... Bədəninin bir hissəsini siçanlar yeyib
Bir həftə əvvəl öldü... Bədəninin bir hissəsini siçanlar yeyibDünən, 19:57. Yazar: sevinc1 |
![]() Bir müddətdir xəbər alınmayan və Əskişəhərdə tək yaşayan 67 yaşlı kişinin bir həftə əvvəl evində öldüyü və bədəninin bir hissəsinin siçovullar tərəfindən yeyildiyi öyrənilib.Əskişəhərin Tepebaşı mahalında fərdi evdə tək yaşayan 67 yaşlı 3 uşaq atası kişidən xəbər ala bilməyən qohumları vəziyyəti polis qruplarına xəbər verib. Polis qrupları iqamətgaha gedərək qapını açanda adamı yerdə yatmış vəziyyətdə tapıblar. Müayinə zamanı məlum olub ki, kişi təxminən bir həftə əvvəl dünyasını dəyişib. Digər tərəfdən, cəsədin bəzi hissələrinin siçanlar tərəfindən yeyildiyi öyrənilib. Kişinin ölümünün dəqiq səbəbinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb. aia.az Tərcümə şöbəsi Geri dön |