Ana Sayfa > Dünya > Türkiyədə 33 nəfər saxta içkinin qurbanı oldu

Türkiyədə 33 nəfər saxta içkinin qurbanı oldu


Bu gün, 12:54. Yazar: sevinc1
Türkiyədə 33 nəfər saxta içkinin qurbanı oldu

Ankarada son günlər saxta spirtli içkilər səbəbindən 33 nəfərin həyatını itirib.

aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ankara valisi Vasip Şahin məlumat yayıb.

Onun sözlərinə görə, saxta içki səbəbindən daha 20 nəfər reanimasiyada müalicə alır.

Qeyd edilib ki, saxta spirtli içki ilə bağlı cinayət işi açılan 32 nəfərdən 13-ü həbs olunub.

aia.az
Geri dön