Ana Sayfa > Ölkə > İsmayıllıda 32 yaşlı şəxs bıçaqlandı

İsmayıllıda 32 yaşlı şəxs bıçaqlandı


7-02-2025, 09:46. Yazar: sevinc1
İsmayıllıda 32 yaşlı şəxs bıçaqlandı

İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.

aia.az xəbər verir ki, fevralın 7-də gecə saatlarında İsmayıllı rayonunun Quşencə kəndi ərazisində 54 yaşlı Arif Qarayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Kamal Şıxbalayevə bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

aia.az
Geri dön