Ana Sayfa > Gündəm > Baş Prokurorluq vakant dövlət qulluğu vəzifələri üçün müsahibə elan etdi

Baş Prokurorluq vakant dövlət qulluğu vəzifələri üçün müsahibə elan etdi


Bu gün, 14:39. Yazar: sevinc1
Baş Prokurorluq vakant dövlət qulluğu vəzifələri üçün müsahibə elan etdi

Azərbaycan Respublikasının Baş Prokurorluğunda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilir.

Bu barədə aia.az-a Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, müsahibədə iştirak etmək istəyən namizədlər yanvarın 6-ı saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibəyə təqdim edilmiş vakant vəzifə barədə buradan məlumat əldə edə bilərsiniz.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.

aia.az
Geri dön