Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldıBu gün, 11:18. Yazar: sevinc1 |
Fevralın 5-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 150, o cümlədən borclu şəxs qismində axtarışda olan 124 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb. aia.az Geri dön |