Ana Sayfa > Özəl > Samara şəhərinin keçmiş meri Viktor Tarxov və onun həyat yoldaşı güllələnib
Samara şəhərinin keçmiş meri Viktor Tarxov və onun həyat yoldaşı güllələnibDünən, 21:39. Yazar: sevinc1 |
Samara şəhərinin keçmiş meri Viktor Tarxov və həyat yoldaşı güllələnib, onların nəvəsi isə qətldə şübhəli bilinərək saxlanılıb. Bu barədə RTVI Samara vilayəti üzrə İstintaq Komitəsinin istintaq idarəsindəki mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, cinayət təxminən bir ay əvvəl, Tarxov həyat yoldaşı ilə Finlandiyadan Rusiyaya qayıtdıqdan az sonra baş verib. “Onları vurdular. Şübhəli, onların nəvəsi saxlanılıb”, - deyə RTVI-ya məlumat verən mənbə onun ifadə verməkdən imtina etdiyini qeyd edib. İstintaq hesab edir ki, məhz o, nənə və babasının telefonlarından SMS göndərib. Bildirilir ki, qətldən sonra Tarxovlar ailəsinin nəvəsi onların əmlakını, o cümlədən keçmiş bələdiyyə sədrinə məxsus ikona və avtomobil kolleksiyasını satmağa başlayıb. Yada salaq ki, Tarxov 2006-2010-cu illərdə Samara şəhərinin meri vəzifəsində çalışıb. aia.az Tərcümə şöbəsi Geri dön |