Ana Sayfa > Dünya / Karusel > "Qazaxıstanın yaydığı hesabatı lazımi diqqətlə araşdıracağıq" -
"Qazaxıstanın yaydığı hesabatı lazımi diqqətlə araşdıracağıq" -Bu gün, 14:16. Yazar: sevinc1 |
"Rusiya agentlikləri Qazaxıstan Nəqliyyat Nazirliyinin Aktau hava qəzası ilə bağlı hesabatını lazımi diqqətlə öyrənəcəklər". aia.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı bildirib. Belə ki, jurnalist Peskova Qazaxıstanın “Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin hesabıtının açıqlandığını və buna münasibətini öyrənməyə çalışıb. Kremlin sözçüsü isə "Müvafiq idarələrimiz bu hesabatı lazımi diqqətlə öyrənəcək. Prezident administrasiyasının bu mövzuya münasibət bildirməsi mümkün deyil",- deyə cavab verib. aia.az Geri dön |