Ana Sayfa > Ölkə > Qanunsuz ov edən şəxs saxlanılıb

Qanunsuz ov edən şəxs saxlanılıb


Dünən, 20:03. Yazar: sevinc1
Qanunsuz ov edən şəxs saxlanılıb

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Masallı rayonu Qızılağac kənd sakini Kərim Quliyev olduğu məlum olub.

Ondan ov tüfəngi götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

aia.az
Tərcümə şöbəsi
Geri dön