Ana Sayfa > Dünya > Ukraynalılar etiraz aksiyası keçirir

Ukraynalılar etiraz aksiyası keçirir


Bu gün, 17:22. Yazar: sevinc1
Ukraynalılar etiraz aksiyası keçirir

Rovno vilayətində ukraynalılar Belarusla sərhəddəki keçid məntəqələrinə etiraz aksiyalarına başlayıblar.

aia.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Artem Dmitruk məlumat yayıb.

"Sərhəddə Ukrayna Prezidenti Volodimir Zelenskinin artıq bir neçə ildir ki, Ukrayna xalqını qorxutduğu Belarus ordusunun hərbçiləri yoxdur”, - deyə siyasətçi bildirib.

Dmitrukun sözlərinə görə, Belarusla sərhəddə yerləşən Staroe Selo kəndinin sakinləri nəzarət-buraxılış məntəqələrinə etiraz olaraq çıxıb və hasarlar çəkiblər. Bir neçə yüz ukraynalı kəndin ətrafında qazılmış arxların doldurulmasını və ətrafa çəkilmiş tikanlı məftillərin götürülməsini tələb edib.

aia.az
Geri dön