Ana Sayfa > Ölkə > Azərbaycan Dövlət Aqrar Universitetində alimlərlə görüş keçirilmişdir
Azərbaycan Dövlət Aqrar Universitetində alimlərlə görüş keçirilmişdirBu gün, 08:30. Yazar: sevinc1 |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi şurasının iclasında iştirak etmişdir. İclasda Universitetin rektoru Zəfər Qurbanov ötən ilin yekunu ilə bağlı görüş iştirakçılarına məlumat verdikdən sonra müxtəlif struktur bölmələrin illik hesabatları dinlənilmişdir. İclasda Türkiyənin Ege Universiteti ilə ikili diplom proqramı, eləcə də digər cari məsələlərdə müzakirə edilmişdir. Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov universitetlə həyata keçiriləcək birgə tədbirlər haqqında geniş məlumat vermiş, üzvlərin hüquqlarının qorunması istiqamətində nəzərdə tutulan işlərdən danışmışdır. Sonda Akademik Fuad Əliyevin 75 illik yubileyi münasibəti ilə həmkarlar ittifaqı adından diplom və hədiyyə verilmişdir. Universitetin digər alimlərinin yubileyi qeyd edilmiş, qabaqcıl işçilər sahə həmkarlar ittifaqı tərəfindən mükafatlandırılmışdır. Geri dön |