Ana Sayfa > Gündəm > Dövlət Turizm Agentliyində Gənclər Günü münasibətilə tədbir keçirilib
Dövlət Turizm Agentliyində Gənclər Günü münasibətilə tədbir keçirilibBu gün, 12:18. Yazar: sevinc1 |
Fevralın 3-də Dövlət Turizm Agentliyində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənclərin iştirakı ilə tədbir keçirildi. Açılış nitqi ilə çıxış edən Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasətinin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi. Tədbirdə çıxışım zamanı qeyd etdim ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ilin fevralın 2-də ilk Gənclər Forumundan sonra bu gün Gənclər Günü kimi qeyd olunmağa başlanılıb və Ulu Öndər gənclərə hər zaman xüsusi qayğı və diqqətlə yanaşıb. Tədbir iştirakçılarının diqqətinə çatdırdım ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına şərait yaradır, onların özlərini cəmiyyətdə müstəqil formada təqdim etmələrində mühüm rol oynayır. Tədbir zamanı "Turizm Könüllüləri" İctimai Birliyinin ötən il ərzində göstərdikləri fəaliyyət barədə ümumi icmal təqdim olundu, həmçinin COP29 tədbirində fəal iştiraklarına görə fərqlənən könüllülər təşəkkürnamələrlə təltif edildilər. Göydəniz Qəhrəmanov Milli Məclisin deputatı Geri dön |