Ana Sayfa > Dünya > Əhməd əş-Şara Ərdoğanla bu məsələləri müzakirə edəcək

Əhməd əş-Şara Ərdoğanla bu məsələləri müzakirə edəcək


Bu gün, 09:38. Yazar: sevinc1
Əhməd əş-Şara Ərdoğanla bu məsələləri müzakirə edəcək

Suriya keçid dövrünün prezidenti Əhməd əş-Şaranın bu gün Türkiyədə Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyi məsələlər açıqlanıb.

aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara zirvəsində PKK-nın ləğvi, işğal altındakı neft və qaz quyularının mərkəzi administrasiyaya ötürülməsi, ABŞ qoşunlarının bölgədən çıxarılması, Türkiyənin mövcud bazalarının orduya təhvil verilməsi kimi məsələlər müzakirə mövzusu olacaq.

Əş-Şaranın Ərdoğanla bir çox ikitərəfli əməkdaşlıq sazişlərinə imza atacağı gözlənilir. Suriyanın yeni lideri Ərdoğanı rəsmi olaraq Dəməşqə dəvət edəcək.

Qeyd edək k, bu, Suriya dövlət başçısının 2011-ci ildən sonra Türkiyəyə ilk səfəridir.

aia.az
Geri dön