Ana Sayfa > Parlament > Milli Məclisin Hesablayıcı komissiyasının iclası keçirilib

Milli Məclisin Hesablayıcı komissiyasının iclası keçirilib


3-02-2025, 17:15. Yazar: sevinc1
Milli Məclisin Hesablayıcı komissiyasının iclası keçirilib

Fevralın 3-də VII çağırış Milli Məclisin yenidən formalaşdırılmış Hesablayıcı komissiyasının ilk iclası keçirilib. Komissiya üzvü Səbinə Salmanovanın sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səsvermə nəticəsində deputatlar - Eldar Quliyev komissiyanın sədri, Mixail Zabelin isə komissiyanın katibi seçiliblər.

İclasda komissiya üzvləri Soltan Məmmədov, Naqif Həmzəyev, Sevinc Hüseynova və Rövşən Muradov iştirak ediblər.
Geri dön