Ana Sayfa > Parlament > Səttar Möhbalıyevin sədirliyi ilə intizam komissiyasının ilk iclası keçirilib
Səttar Möhbalıyevin sədirliyi ilə intizam komissiyasının ilk iclası keçirilibBu gün, 17:07. Yazar: sevinc1 |
Fevralın 3-də VII çağırış Milli Məclisin yeni formalaşmış İntizam komissiyasının ilk iclası keçirilib. Komissiya üzvü Səttar Möhbalıyevin sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səsvermə nəticəsində deputatlar - Eldar İbrahimov komissiyanın sədri, Asim Mollazadə sədr müavini, Kamal Cəfərov isə komissiyanın katibi seçiliblər. İclasda komissiya üzvləri Hikmət Məmmədov, Nizami Səfərov, Afət Həsənova, Kəmaləddin Qafarov, Nəsib Məhəməliyev, Məşhur Məmmədov və Məlahət İbrahimqızı iştirak ediblər. Geri dön |