Ana Sayfa > Gündəm / Manşet > Ramil Usubov Sadiq Gözəlovun yerinə onu təyin etdi

Ramil Usubov Sadiq Gözəlovun yerinə onu təyin etdi


1-02-2017, 14:48. Yazar: Sevinc
Ramil Usubov Sadiq Gözəlovun yerinə onu təyin etdi







Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin olunub.

"AİA.AZ" - ın "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə nazirliyin mətbuat xidmətinə polis polkovniki Ehsan Zahidov rəis təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl bu qurumun rəhbəri Sadiq Gözəlov xidmətdə olmanın yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdi. Ehsan Zahidov isə uzun illər idi ki, sözügedən xidmətdə rəis müavini olaraq çalışırdı.

DİN mətbuat xidmətindən "Qafqazinfo"ya faktı təsdiqləyiblər.
Geri dön