Ana Sayfa > Özəl > “Qərbi Azərbaycana qayıdış” mövzusunda toplantı keçirilib
“Qərbi Azərbaycana qayıdış” mövzusunda toplantı keçirilibBu gün, 15:12. Yazar: sevinc1 |
Fevralın 1-də Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda toplantı keçirildi. Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirdi ki, Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu və dəstəyi mühüm əhəmiyyət daşıyır. Daha sonra Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov çıxışında gənclərin Qərbi Azərbaycana qayıdış məsələsində fəal iştirakının, həm bölgənin mədəni irsinin qorunması, həm də gənclərin bu prosesdə aktiv rol almaları baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Tədbirin davamında bir sıra rəsmi şəxslərin çıxışları dinlənildi. Sonra əslən Qərbi Azərbaycandan olan və bir sıra uğurlara imza atan 15 gənc, eləcə də icma ilə səmərəli əməkdaşlığa görə 10 gənclər təşkilatı mükafatlandırıldı, icmanın müxtəlif tədbirlərində iştirak etmiş 30 gəncə üzvlük vəsiqələri təqdim edildi. Sonda çıxış edən Şahin İsmayılov fevralın 2-dən etibarən Qərbi Azərbaycan İcması Gənclər Şurası tərəfindən “Gənclər arasında Qərbi Azərbaycan mövzusunda ideya müsabiqəsi”nin keçiriləcəyini diqqətə çatdırdı. Göydəniz Qəhrəmanov Milli Məclisin deputatı Geri dön |