Ana Sayfa > Manşet / Parlament > "Televiziyalarda bir arvad boğuşmasıdır, bir də həkimlərin reklamı" -
"Televiziyalarda bir arvad boğuşmasıdır, bir də həkimlərin reklamı" -Bu gün, 12:53. Yazar: sevinc1 |
"Mənfur sovet hökuməti dövründə Mərkəzi Komitənin qəzetində şöbə müdiri idim. Həkim haqqında adi xoş söz demək də qadağan olunmuşdu". aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib. O bildirib ki, bütün televiziyalarda bir arvad boğuşmasıdır, bir də həkimlərin, dərmanların reklamıdır: "Buna bir əncam çəkilməlidir. Bu qədər həkim reklamı düzgün deyil. Yaz sessiyasında "Reklam haqqında" yenidən baxılmalıdır. Düzdü, bu, televiziyalara böyük ziyan vuracaq. Onlar arvad davası, həkimlərin reklamı ilə qidalanırlar". aia.az Geri dön |