Ana Sayfa > İdman > “Qarabağ” 261 gündən sonra çempionat oyununda 3 top buraxdı

“Qarabağ” 261 gündən sonra çempionat oyununda 3 top buraxdı


Bu gün, 11:53. Yazar: sevinc1
“Qarabağ” 261 gündən sonra çempionat oyununda 3 top buraxdı

“Qarabağ” Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə ilk dəfə bir oyunda 3 top buraxıb.

Peşəkar Futbol Liqasından aia.az-a bildirilib ki, Ağdam klubu XXI turda səfərdə “Zirə”yə 2:3 hesabı ilə uduzub. Fasiləyə 2:0 hesabı ilə öndə yollanan Qurban Qurbanovun komandası ikinci hissədə qapısında 3 qol görüb.

“Qarabağ” sonuncu dəfə ötən mövsümün “Turan Tovuz”la görüşündə 3 qol buraxmışdı. Mayın 17-də keçirilmiş ev qarşılaşmasında ağdamlılar 4:3 hesabı ilə qalib gəlmişdilər. 261 gün əvvəl də “Qarabağ” bir hissədə 3 top buraxıb.

Ötən tur “Turan Tovuz”a 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisi ardıcıl 2 məğlubiyyət alıb. Bu, son 7 mövsümdə ilk belə hadisədir. 2017/2018-ci illər mövsümünün sonunda “Qarabağ” “Neftçi”yə 0:1, indi “Şamaxı” adlanan “Keşlə”yə 0:3 hesabı ilə uduzub.

aia.az
Geri dön